Xəzər Xəbər

Narkotik maddələrin satışı ilə məşğul olan “məhbəs dostlar”ı tutulub - FOTO

Hadisə | 15:41 • 11 Yanvar 2020
Narkotik maddələrin satışı ilə məşğul olan “məhbəs dostlar”ı tutulub -

Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş Fuad Dursnar üzərində narkotik vasitələr saxlamaqda şübhəli bilindiyi üçün tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 14,482 qram heroin və 0,075 qram psixotrop maddə metamfetamin aşkar olunar götürülüb. F.Dursnarın ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, o, narkotik vasitələri cəzaçəkmə müəssisəsində tanış olduğu Faiq adlı şəxsdən 300 manata alıb.


Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş Faiq Qarayev Abşeron rayonu Xırdalan şəhərində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən ümumi çəkisi 350,652 qram heroin və 243,436 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. F.Qarayev narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları bir müddət əvvəl şəxsiyyəti istintaqa məlum olmayan "Mürşüd” adlı şəxsdən əldə etdiyini bildirib.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
301 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024