Xəzər Xəbər

Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

Hadisə | 09:39 • 10 Yanvar 2020
 Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

Bakıda 3 əcnəbi vətəndaşın ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.


Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsiniin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.


Xatırladaq ki, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə baş verən yanğın zamanı həmin mənzildə tüstüdən Şri-Lanka vətəndaşları olan 3 qız zəhərlənərək ölüb.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
299 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024