Xəzər Xəbər

DİN Bakıda törədilən qətllə bağlı məlumat yaydı

Hadisə | 14:28 • 9 Yanvar 2020
DİN Bakıda törədilən qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Suraxanıda törədilən qətllə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 8-də saat 21 radələrində Şabran rayon sakini R.İsmiyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində kirayədə yaşadığı evdə münaqişə zəminində onunla birgə yaşayan bibisi oğlu Cavid Muxtarova bıçaqla xəsarət yetirib. C.Muxtarov xəstəxanaya aparılarkən yolda ölmüşdür.Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Şabran rayon sakini R.İsmiyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
243 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti