Xəzər Xəbər

Bakıda zoomarketə basqın edən şəxslər saxlanılıb

Hadisə | 12:57 • 9 Yanvar 2020
Bakıda zoomarketə basqın edən şəxslər saxlanılıb

Bakıda mağaza sahibini bıçaqlayıb oğurluq edən şəxslər saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə rayon ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, yanvarın 7-də saat 16 radələrində Mərdəkan qəsəbəsi ərazisində yerləşən zoomarketə gəlmiş 2 nəfər oranın sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək cibindən 14.000 manatı götürüb hadisə yerini tərk ediblər.


H.Babayev xəstəxanaya yerləşdirilib.


Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əliyev və Ə.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
231 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti