Xəzər Xəbər

DİN Göygöldə baş verən qətllə bağlı məlumat yayıb

Hadisə | 12:52 • 2 Yanvar 2020
DİN Göygöldə baş verən qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Göygöldə baş verən qətllə bağlı məlumat yayıb.


Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 1-də saat 15 radələrində, əvvəllər məhkum olunmuş Y. Bayramovun yaşadığı Nadil kəndindəki evin yanması və həyətində oğlu Mahirin qətlə yetirilmiş meyitinin olması barədə DİN-in "102 zəng mərkəzi” xidmətinə məlumat daxil olub.


Göygöl rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.


Hadisə yerinə baxış zamanı evin 90 kv. metr sahədə 4 otağının və çardaq hissəsinin yanar konstruksiyalarının yanması müəyyən edilib, yaxınlıqdakı əkin sahəsində isə həmkəndlisi olan oğlu Mahirin ov tüfəngindən yetirilmə xarakterli xəsarəti olan meyiti tapılmış və hadisə yerinin yaxınlığında 2 ədəd giliz aşkar edilərək götürülüb.


Hadisəni münaqişə zəminində törətmiş atası Yaşar könüllü olaraq Səbail RPİ 9-cu PB-yə gəlib cinayəti törədərkən istifadə etdiyi 1 ədəd lüləsi kəsilmiş "İJ-16” markalı tüfəngi və 8 ədəd patronu təhvil verib.


Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
300 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024