Xəzər Xəbər

Bakıda mənzildən kişi meyiti tapıldı

Hadisə | 11:46 • 21 Dekabr 2019
Bakıda mənzildən kişi meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Osmanov Fikrət Nuxuq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Rubrikanın digər xəbərləri

Xəbər lenti