Xəzər Xəbər

Oğurladığı əşyaları Bakıda satdı, gecə klublarında... Cinayət işi

Hadisə | 12:59 • 17 Dekabr 2019
Oğurladığı əşyaları Bakıda satdı, gecə klublarında...

Xaçmaz rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraqurdlu kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 21625 manat dəyərində məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Araşdırmalarla onun Tofiq Şeydayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs evdən zərərçəkmişə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib.

Qanunsuz olaraq əldə etdiyi qənimətlərin bir hissəsinin Bakı şəhərində dəyərindən ucuz qiymətə satan T.Şeydayev əldə etdiyi pulları kef məclislərindən xərclədiyini bildirib.

Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir./teleqraf

Xəbər lenti