Xəzər Xəbər

Bakı sakininin 4 mənzili, 1 obyekti ələ keçirildi BMCMİ-dən əməliyyat

Hadisə | 15:04 • 10 Dekabr 2019
Bakı sakininin 4 mənzili, 1 obyekti ələ keçirildi

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.

XəzərXəbər xəbər verir ki, idarəyə müraciət edən Bakı şəhər sakini F.İsmayılov 2017-ci il aprel ayının 15-dən cari il may ayının 21-dək olan müddətdə paytaxt sakini A.Rəsulovun onu aldadaraq 165.000 manatını, 4 mənzilini və 1 ticarət obyektini ələ keçirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən A.Rəsulov saxlanılıb.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
329 | 10:06 • 27 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar