Xəzər Xəbər

Bakıda 31 yaşlı kişini qətlə yetirən şəxs tutulub - RƏSMİ

Hadisə | 10:47 • 9 Dekabr 2019
Bakıda 31 yaşlı kişini qətlə yetirən şəxs tutulub -

Bakıda 31 yaşlı kişini bıçaqlayaraq öldürən şəxs saxlanılıb.


Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dekabrın 9-da saat 00:30 radələrində Nizami rayon Qara Qarayev prospekti, 31 ünvanında 1988-ci il təvəllüdlü Ramal Kazımovun kəsici-deşici alətlə ürəyi və bədənin digər nahiyyələrinə zərbələr endirilərək öldürülməsi faktı barədə məlumat daxil olub.


Daxil olan məlumat əsasında təxirəsalınmadan polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib. İş üzrə məhkəmə-tibbi ekpertiza təyin edilib, eləcə də digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.


Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Səfərov Namiq Bəxtiyar oğlu tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.


N.Səfərov şübhəli şəxs tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.


Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
318 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024