Xəzər Xəbər

Bakıda 25 manat üstündə dostunu öldürdü Təfərrüat

Hadisə | 15:54 • 14 Noyabr 2019
Bakıda 25 manat üstündə dostunu öldürdü

Bakıda qətl törətməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Cavid Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ramella Allahverdiyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 27-nə təyin olunub.

İttihama görə, hadisə bu ilin iyunun 17-də Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.

1997-ci il təvəllüdlü Cavid Hüseynov 91 nömrəli binanın arxasında yerləşən boş sahədə dostu, 2001-ci il təvəllüdlü Mehdi Əlizadəni 8 bıçaq zərbəsi vuraraq öldürüb.

Gənclər arasında münaqişəyə səbəb pul borcu üstündə mübahisə olub. Mehdi Əlizadə Cavid Hüseynovdan hadisədən bir neçə gün əvvəl 25 manat borc alıb. Amma borcu ödəməkdən imtina edib.

Mehdinin bu hərəkəti Cavid Hüseynovu özündən çıxarıb və nəticədə qanlı cinayət baş verib.

İstintaq orqanı tərəfindən Cavid Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib./Teleqraf

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
297 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024