Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: Eşşək arabası ilə qonşusunun üstündən keçib öldürdü

Hadisə | 09:38 • 4 Noyabr 2019
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT:

Ağdam sakini eşşək arabası ilə qonşusunun üstündən keçib.

Hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində baş verib.

Kənd sakini, Hətəmov Əli Ələsgər oğlu evinə gedərkən küçədə qonşusu, eşşək arabası ilə hərəkətdə olan Nəsibov Ümid Qulu oğlu ilə mübahisə edib. Ə.Hətəmov U. Nəsibovun keçdiyi yolun ona məxsus olduğunu iddia edərək eşşək arabasına bağlanmış iribuynuzlu heyvanların həmin yoldan keçməsinə mane olub.

Ə.Hətəmov bu məqsədlə həmin yolda arabanın qarşısında yerə uzanarak eşşək arabasına bağlanan heyvanların yoldan keçməsinə icazə verməyib.

Ü.Nəsibov isə buna məhəl qoymayaraq eşşək arabasını və ona bağlanmış heyvanları qəsdən Ə.Hətəmovun üstünə sürərək onun üstündən keçib.

Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Ə.Hətəmov xəstəxanada ölüb.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb., Hadisəni törətməkdə şübhəli bilinən Ü.Nəsibov saxlanılıb. (trend)

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
323 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024