Xəzər Xəbər

Avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Hadisə | 19:20 • 19 Oktyabr 2019
Avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Narkotik vasitənin təsiri altında sükan arxasına keçən şəxsin idarə etdiyi avtomobildə qurudulmuş marixuana aşkarlanıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran Regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Orxan Verdiyev "Rent a car”lardan birinə məxsus "Toyota Corolla” markalı avtomobili sürücülük vəsiqəsi olmadığı halda idarə edərkən Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Şübhəli hərəkətlər etdiyi üçün O. Verdiyev tibbi müayinəyə dəvət edilib və onun narkotik tərkibli vasitələrdən istifadə etdikdən sonra avtomobili idarə etdiyi müəyyən olunub.


Rayon Məhkəməsinin qərarı ilə O. Verdiyev 5 gün müddətinə inzibati qaydada həbs olunub. Eyni zamanda, idarə etdiyi "Toyota Corolla” markalı avtomobilə keçirilən baxış zamanı yük yerindən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Narkotik vasitənin avtomobilin sərnişini, Qaradağ rayonu Sahil qəsəbəsinin sakini Tərlan İmanova məxsus olduğu müəyyən edilib.


Bu şəxs narkotik vasitənin ona məxsus olduğunu, şəxsi istehlakı üçün saxladığını bildirib.


Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
307 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024