Xəzər Xəbər

“Qızıl Saray” şadlıq evində qanlı dava: “Arxanı çevirmisən...” – Təfərrüat

Hadisə | 14:45 • 16 Oktyabr 2019
“Qızıl Saray” şadlıq evində qanlı dava:

Ağcabədi rayonunda toy mərasimində qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Qurban Qurbanzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

O, 4 sentyabr 2018-ci ildə qonşusu İlkin Həsənlinin Ağcabədi şəhərindəki "Qızıl Saray” şadlıq evində keçirilən toy məclisində iştirak edib.

Qurban Qurbanzadə həmin məclisdə onunla eyni stolun baş tərəfində əyləşmiş qonşusu Zaur Sadıqova arxasını çevirərək əyləşməsini irad tutub. Zaur Sadıqov isə ona etiraz edib, deyib ki, arxa çevirərək oturmağın hörmətsizlik olması harada yazılıb...

Bundan əsəbiləşən Qurban Qurbanzadə masanın üzərində iç-içə qoyulmuş boşqabları Zaur Sadıqovun başına vurub. Daha sonra bıçaqla onun döş və qarın nahiyəsinə zərbələr endirib. Zaur Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Qurban Qurbanzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qurban Qurbanzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Qurban Qurbanzadə apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Qurban Qurbanzadənin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qurban Qurbanzadənin apelyasiya şikayəti təmin olunmayıb./teleqraf

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
317 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024