Xəzər Xəbər

Yevlaxda evdən 14 kilo narkotik aşkarlandı

Hadisə | 13:10 • 25 Sentyabr 2019
Yevlaxda evdən 14 kilo narkotik aşkarlandı

Yevlax rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

XəzərXəbər xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində regional şöbəsi və Yevlax rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Köyük kənd sakini İ.İbrahimov həbs edilib.

Onun evindən 14,9 kiloqrama yaxın marixuana və 1 ədəd nömrəsi silinmiş "TOZ” markalı ov tüfəngi, habelə evinin yaxınlığındakı meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti