Xəzər Xəbər

Bakıda MÜƏMMALI HADİSƏ Koma vəziyyətində xəstəxanaya çatdırıldı

Hadisə | 10:49 • 24 Sentyabr 2019
Bakıda MÜƏMMALI HADİSƏ

Bakıda orta yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

XəzərXəbər xəbər verir ki, Suraxanı rayonu ərazisindən təcili tibbi yardım maşını ilə orta yaşlı kişi ağır kəllə-beyin travaması ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Koma vəziyyətində olduğundan onun şəxsiyyətini tam müəyyənləşdirmək mümkün olmasa da, həmin şəxsin adının Yusif olduğu bildirilir. Yaralının bədbəxt hadisə nəticəsində və ya dava-dalaş zamanı xəsarət alması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti