Xəzər Xəbər

Şəmkirdə 14 yaşlı yeniyetmə su hovuzunda boğuldu

Hadisə | 15:48 • 22 Sentyabr 2019
Şəmkirdə 14 yaşlı yeniyetmə su hovuzunda boğuldu

Şəmkirdə su hovuzuna düşən şəxs ölüb.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, "112” qaynar telefon xəttinə Şəmkir rayonunun Yeni Həyat kəndində bir nəfərin naməlum şəraitdə su hovuzuna düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən su hovuzu boşaldılıb və orada aşkarlanan 2005-ci il təvəllüdlü Heydərov Fərid Sakit oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti