Xəzər Xəbər

Pirallahıda yük maşını minik avtomobili ilə toqquşub, ölən var

Hadisə | 12:51 • 13 Sentyabr 2019
Pirallahıda yük maşını minik avtomobili ilə toqquşub, ölən var

Bakının Pirallahı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində bir nəfər kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Üç nəfər isə Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən müayinə olunub. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.


Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Xəbər lenti