Xəzər Xəbər

"Nargilə" yaxınlığında avtobus qəzası - İki qadın yaralandı, birinin ayağını kəsdilər

Hadisə | 17:08 • 4 Sentyabr 2019
"Nargilə" yaxınlığında avtobus qəzası - İki qadın yaralandı, birinin ayağını kəsdilər

Paytaxtın Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Nargilə" kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, iki nəfər yaralanıb, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib:

"Qəza nəticəsində iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həkimin verdiyi məlumata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı Şəhər Xəstəxanasına aparılıb"./oxu.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti