Xəzər Xəbər

Zaqatalada əməliyyat : 60 kilo narkotik…

Hadisə | 11:34 • 29 Avqust 2019
Zaqatalada əməliyyat : 60 kilo narkotik…

Zaqatalada narkotik becərən Balakən sakinləri ifşa olunub.

DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Lahıc kəndi ərazisində yerləşən çöl sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə narkotik tərkibli bitkilər becərən Balakən rayonu Qasbinə kənd sakinləri 32 yaşlı Pərviz Caniyev və həmyaşıdı Aydın Pirxiyev saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə qeyd olunan əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 57 kiloqram olan 121ədəd narkotik xassəli çətənə bitkiləri və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı P.Caniyev və A.Pirxiyev törətdikləri cinayət əməllərini etiraf ediblər.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
303 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024