Xəzər Xəbər

BAKIDA QEYRİ-ADİ OLAY: Oğlunun toyu üçün şadlıq evinə gəldi, yas mərasimi gördü

Hadisə | 12:39 • 6 Avqust 2019
BAKIDA QEYRİ-ADİ OLAY:

Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 11 ünvanında yerləşən "Leyla" şadlıq sarayının administratoru toy sahiblərinə qarşı dələduzluq edib.

Bu barədə "Report"a şadlıq sarayında toy etmək istəyən şəxslər məlumat veriblər.

Bildirilib ki, şadlıq sarayının Akif adlı administratoru bu ilin iyun, iyul və avqust ayının əksər günləri üçün orada toy etmək istəyən 100-ə yaxın şəxsdən beh alaraq toy günü təyin edib. Daha sonra aldığı behləri götürərək qaçıb.

Şadlıq sarayı isə iyul ayının ortalarında bağlanıb və 10 gün ərzində sarayda müəyyən dəyişikliklər edilərək mərasim evi kimi fəaliyyətə başlayıb.

"Leyla" şadlıq sarayında avqustun 4-nə toy təyin edən şəxsin sözlərinə görə, toya 10 gün qalmış saraya yaxınlaşıb və sifariş verdiyi dəvətnamələri götürüb. Lakin əlavə dəvətnaməyə ehtiyac olduğundan bir gün sonra yenidən şadlıq sarayına gələn toy sahibi gördüyü mənzərədən şoka düşüb və huşunu itirərək yerə yıxılıb: "Gəlib gördüm ki, şadlıq sarayında hüzr mərasimidir, molla oturub "Yasin" oxuyur. Soruşdum ki, bu nə məsələdir? Dedilər ki, bura 1 həftədir mərasim evi kimi fəaliyyətə başlayıb. Maraqlandım ki, məndən və mənim kimi 100-ə yaxın şəxsdən beh alan sarayın Akif adlı administratoru pulları götürərək aradan çıxıb".

Zərərçəkən əlavə edib ki, sarayın önündə "şadlıq sarayı" sözü sökülüb, yerinə "mərasim evi" yazılıb: "Sarayın içərisi mərasim evinə uyğun şəkildə hazırlanıb və təmir işləri aparılırdı. Orada çalışan ustalar bildirdilər ki, hər gün 10-a yaxın toy sahibi saraya gəlir. Sarayın sahibinin baş verən hadisələrdən administratorun yoxa çıxdığından sonra məlumatı olub. O, iki ay əvvəl administratora toy üçün sifarişlərin götürülməsini dayandırmağı və kimdən beh alıbsa qaytarmağı tələb edib. Administrator isə qaçıb".

Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyi məlum deyil.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
303 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024