Xəzər Xəbər

Sumqayıtda itkin düşən oğlan tapıldı

Hadisə | 14:36 • 27 İyun 2019
Sumqayıtda itkin düşən oğlan tapıldı

Sumqayıtda itkin düşən 18 yaşlı oğlan tapılıb.

Bu barədə Trend-ə yeniyetmənin ailə üzvü məlumat verib.

***

Sumqayıtda yeniyetmə oğlan itkin düşüb.

Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Şirinov Fuad İzzət oğlu iyunun 26-da saat 14:30 radələrində işə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Ailə üzvlərinin sözlərinə görə, F.Şirinov evdən çıxarkən üzərində mobil telefon olmayıb: "Qəsəbədə yerləşən "Qayalı” marketdə işləyir. İş vaxtı mobil telefon icazə vermədiklərinə görə, evdə qoyub. İşlə maraqlanmışıq, işə də getməyib. Evdən çıxarkən əynində "Qayalı market" yazısı olan qırmızı köynək olub".

Şəkildəki oğlanı görənlərdən polisə və ya 051- 312 - 66 - 62 nömrəli telefona zəng vurmaları xahiş edilir. (Trend)

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
323 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024