Xəzər Xəbər

Qadın keçmiş sevgilisini kondisionerlə şantaj etdi

Hadisə | 16:37 • 17 İyun 2019
Qadın keçmiş sevgilisini kondisionerlə şantaj etdi

Paytaxt sakinindənhədə-qorxu yolu ilə pul tələb edilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Səbail rayonunda qadın kişini şantajedib.

44 yaşlı paytaxt sakini X.M. şikayət ərizəsi ilə Səbail rayon Polis İdarəsinə müraciət edib. Ərizəyə görə, keçmiş sevgilisi intim "WhatApp” yazışmalarını həyat yoldaşına göstərəcəyi ilə hədələyib. Susması müqabilində ondan beş min manat pul və kondisioner tələb edib.

"Nakam sevgi qurbanı” isə keçmiş məşuqəsininbütün tələblərini yerinə yetirib, ancaq sonra peşman olaraq polisə müraciət etməyi qərara alıb.

Oxşar hadisə Qaradağ rayonunda qeydə alınıb.

Rayon Polis İdarəsindənOxu.Az-a verilən məlumata əsasən, 32 yaşlı Ş.A. polisə şikayət edərək31 yaşlı keçmiş sevgilisi M.Həmidovun ona intim şəkillərini yaymaqlahədə-qorxu gəldiyini və müxtəlif vaxtlarda həmin şəkilləri yaymamaq üçün ondan pul tələb etdiyini bildirib.

Tələb olunan məbləğin ödənilməyəcəyi təqdirdə, "şəkilləri sosial şəbəkəyə yerləşdirib onu biabır etməklə” hədələyib.

Cinayətkarın bu yolla qurbanından ümumilikdədörd min manat aldığı bildirilir. Rayon Polis İdarəsinin əməkdaşları operativ tədbirlər nəticəsində şübhəli şəxsi saxlayıb.

Hər iki fakt üzrə istintaq işi gedir.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
321 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024