Xəzər Xəbər

Bakıda iş adamının güllələnməsinin TƏFƏRRÜATI

Hadisə | 13:39 • 14 İyun 2019
Bakıda iş adamının güllələnməsinin

Bakıda iş adamının güllələnməsinin təfərrüatları məlum olub.

XəzərXəbər xəbər verir ki, qətl iyunun 14-nə keçən gecə saat 01:00 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında törədilib.

47 yaşlı kürəkəni Məmmədov Ramiz Hümbət oğlunun qətlində şübhəli bilinən 45 yaşlı Siyəzən rayon sakini Şirinov Rauf Həsən oğlu cinayət yerindən qaçıb və hazırda axtarışdadır.

Şərur rayonsakini Ramiz Məmmədovun avtomobilində ov tüfəngi ilə güllələndiyi ehtimal edilir. O, qarın və ayaq nahiyəsindən iki güllə yarası ilə ağır vəziyyətdə3 saylı Şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Məlumata əsasən, qohumlar birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Biznesi qətldə şübhəli bilinən şəxs idarə etsə də, "84” və "113” nömrəli avtobusların marşrut xətləri R.Məmmədova məxsus olub.İstintaq versiyalarından birinə görə, qohumlar arasında münaqişəyə səbəb pul məsələsi olub.

R.Şirinov qətldə istifadə etdiyi odlu silahla birlikdə qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun hələ ölkə hüdudlarında olduğuna ümid edir. Cinayətkarın axtarışına Sabunçu rayon Polis İdarəsinin əməkdaşları səfərbər olunub./oxu.az

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
298 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024