Xəzər Xəbər

Bakıda kriminal avtoriteti öldürənlər müəyyənləşdirilərək tutulub - FOTO - YENİLƏNİB-1

Hadisə | 11:10 • 8 İyun 2019
Bakıda kriminal avtoriteti öldürənlər müəyyənləşdirilərək tutulub -

Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyənCəlalov Taleh İbrahim oğlu vəHüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan10-GD-021 qeydiyyat nişanlı "BMW X5” markalı avtomobilBinəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.


Müfəttişlər Murad Əzizli,Ramin Əsgərov vəMehdi HacıyevBinəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisiMərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər.

Qeyd edək ki, qətlə yetirilənBudaqlı Mübariz Mürsəl oğlundan başqa "Mercedes" markalı avtomobildə bir nəfər sərnişin də olub. Ancaq o, hadisədən sonra düşərək qaçıb.


Hazırda fakt üzrə rayon Prokurorluğunda araşdırma aparılır.


***


Saat 21:25


Bakının Binəqədi rayonunda odlu silahla qətl törətməkdə şübhəli bilinən digər şəxsin adı da məlum olub.


Bu, Cəlalov Taleh İbrahim oğludur.


O, Hüseynov Səxavət Oruc oğlu ilə birgə kriminal avtoritet olduğu deyilən Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinir. Həmin şəxslər10-GD-021 qeydiyyat nişanlı "BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.


***


Saat 21:13


Bakıda silahlı insident olub.


Hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.


Belə ki, naməlum şəxslər Azadlıq prospekti ilə hərəkətdə olan "Mercedes” markalı avtomobilə tapançadan atəş açıb. Nəticədə avtomobildə olan bir nəfər hadisə yerində keçinib. İlkin məlumata görə, onun kriminal avtoritet olduğu deyilir.


Bundan bir qədər sonra YPX əməkdaşları hadisədə şübhəli bilinən 10-GD-021 qeydiyyat nişanlı "BMW X5” markalı avtomobili saxlayıb. Avtomobildə iki nəfər olub. Onlardan biri Hüseynov Səxavət Oruc oğludur.


Qeyd edək ki, 10-VT-117 qeydiyyat nişanlı "BMW 745” markalı daha bir avtomobil də axtarışa verilib. Bu barədə paytaxt ərazisində bütün polis əməkdaşlarına məlumat verilib.


İnsidentin digər təfərrüatları dəqiqləşdirilir. (APA)

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
237 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti