Xəzər Xəbər

Qəbələdə dəhşətli hadisə Gəlin qaynı ilə birlikdə ərini…

Hadisə | 14:45 • 5 İyun 2019
Qəbələdə dəhşətli hadisə
Qəbələ rayonunda ərini öldürdüyünə görə həbs edilən və Cinayət Məcəlləsinin 120.2.1-ci, yəni bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə maddəsi ilə məhkum edilmiş Rəfiyev Vüsal Ağamməd oğlu Ali Məhkəməyə müraciət edib.

XəzərXəbər-in məlumatına görə, qardaşı arvadı ilə birgə qardaşını öldürməkdə təqsirli bilinən Vüsaı Rəfiyev Ali Məhkəmədən barəsindəki işə yenidən baxılmasını və ona bəraət verilməsini xahiş edib. O, Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə ittiham edilməsinin doğru olmadığını bildirib. İşə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, keçən il Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb.

Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
316 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024