Xəzər Xəbər

Göygöldə görünməmiş olay: Ana oğlunu döyüb evdən qovdu - Təfərrüat

Hadisə | 15:29 • 30 May 2019
Göygöldə görünməmiş olay:

Azərbaycanda yeniyetmə anası tərəfindən döyüldükdən sonra itkin düşüb.

Göygöl rayonunda ailə mübahisəsi baş verib. 2004-cü il təvəllüdlü İsmayılov Emil Ramil oğlu may ayının 22-sindən yoxa çıxıb.

Onun itkin düşməsinə səbəb anası tərəfindən döyülərək evdən qovulması olub. Bu barədə yeniyetmənin atası bildirib. Ramil İsmayılovun sözlərinə görə, o, 11 ildir ki, həyat yoldaşından ayrılıb:

"Oğlum mayın 22-si anası tərəfindən döyülüb, səbəb isə dərslərini yaxşı oxumaması olub. Anası onu döyərək qovlayıb və bildirib ki, get atanın yanına. Emil evdən çıxıb, gecə qayıdarkən anası onu evə buraxmayıb və uşaq qapıda gecələyib".

R.İsmayılovun sözlərinə görə, növbəti gün Emil Bakıya yola düşüb:

"Oğlum Bakıya yola düşəndə cibində 33 manat pul olub. Anası onun yoxa çıxdığını anladıqda polisə müraciət edib. Polis əməkdaşları Emilin əl telefonu ilə əlaqə saxlayaraq öyrəniblər ki, o, Bakıdadır və işləmək üçün bura üz tutub. Bundan sonra Emillə əlaqə kəsilib".

Yeniyetmənin atası əlavə edib ki, Emili sonuncu dəfə 9-cu mikrorayonda görüblər: "O, məşhur marketlərdən birinin qarşısında halsız vəziyyətdə pilləkəndə oturubmuş. Mən oğlumu iki ildi görmürəm, Emil, onu axtardığımı bilsə, öz xoşu ilə üzə çıxar. Onu görənlərdən 055 813 65 55 nömrəsi ilə əlaqə saxlamalarını xahiş edirəm"./Trend/

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
306 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024