Xəzər Xəbər

Göyçayda ZƏNCİRVARİ QƏZA: yaralı var

Hadisə | 11:52 • 28 May 2019
Göyçayda ZƏNCİRVARİ QƏZA:

Göyçay rayonunda zəncirvari qəza baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 223 kilometrliyində Göyçay şəhərinin X.Natavan küçəsində qeydə alınıb.

Yevlax istiqamətində hərəkət edən "VAZ-21015" marklı minik maşını idarəetməni itirərək digər iki "VAZ" markalı avtomobillərə çırpılıb.

Nəticədə sürücülərdən biri İntiqam Həsənov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı dərhal ətrafdakıların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti