Xəzər Xəbər

Oğurluqda şübhəli bilinən Bakı sakini saxlanılıb

Hadisə | 15:27 • 28 May 2019
Oğurluqda şübhəli bilinən Bakı sakini saxlanılıb

Bakıda oğurluq faktı qeydə alınıb.

Belə ki, Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 200 manat pul və 200 manat dəyərində bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Qarayev saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri ilə onun mayın 25-dən 27-dək olan müddətdə daha bir evdən bijuteriya oğurlaması da müəyyən edilib.

Xəbər lenti

Çox oxunanlar