Xəzər Xəbər

Gəncə sakinindən əxlaqsızlıq: 11 yaşlı ögey qızını dəfələrlə zorladı - TƏFƏRRÜAT

Hadisə | 13:26 • 17 May 2019
Gəncə sakinindən əxlaqsızlıq:

Gəncə Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Nəriman Qasımovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəzərXəbər xəbər verir ki, Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmdə qeyd olunub ki, N.Qasımov 30 dekabr 2013-cü il tarixində gecə saatlarında Gəncə şəhərində fərdi həyət evlərinin inşa edildiyi yaşayış massivində yerləşən kirayədə yaşadığı mənzildə həmin gün arvadı Aytən Qasımovanın (ad-soyad şərtidir) Qazax rayonuna getməsindən istifadə edib.

Onunla bir mənzildə yaşayan və 11 yaşlıögey qızı, 19.03.2002-ci il təvəllüdlü Zümrüd Əliyevanın (ad-soyad şərtidir) köməksiz vəziyyətindən istifadə edərək belini masaj etdirmək adı ilə onu öz yataq otağına çağırıb.

Belini masaj etdirdikdən sonra qəflətən Zümrüdə zor tətbiq edərək, əynindəki şalvarını çıxarıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bununla da o, on dörd yaşına çatmayan qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədib.

Bundan başqa, o, təkrarən30 dekabr 2015-ci il tarixdə günorta saatlarında arvadının evdə olmamasından istifadə edib, qızı öz yataq otağına çağırıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif və israr etsə də, sonuncu buna qəti şəkildə etirazını bildirib.

Belə olan halda qızına zor tətbiq edib, əllərindən tutaraq əynindəki şalvarını zorla əynindən çıxarıb, ona təcavüz edib.

Bu hallar dəfələrlə təkrar olunub.

Məhkəmənin hökmü ilə N.Qasımov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxs apellyasiya şikayəti verib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
312 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024