Xəzər Xəbər

Azərbaycanda 9 nəfər bu səbəbdən öldü – İSTİRAHƏT GÜNLƏRİNDƏ

Hadisə | 13:02 • 13 May 2019
Azərbaycanda 9 nəfər bu səbəbdən öldü

Son iki sutkada Azərbaycanın müxtəlif hissələrində baş vermiş yol qəzalarında 9 nəfər həyatını itirib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bazar günün Respublika yollarında ümumilikdə 5 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Şənbə günü isə ölkədə 4 ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 4 nəfər vəfat edib, daha 4 nəfər isə xəsarətlər alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar