Xəzər Xəbər

Bakının Xətai rayonunda yük maşını divara çırpılıb

Hadisə | 09:30 • 11 May 2019
Bakının Xətai rayonunda yük maşını divara çırpılıb

Bakının Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Heydər Əliyev prospekti ilə Yusif Səfərov küçəsinin kəsişdiyi yol qovşağında qeydə alınmış avtoqəza zamanı yük maşını divara çırpılıb.


Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ziyan dəyib.


Təfərrüatlar araşdırılır. (ONA)

Xəbər lenti