Xəzər Xəbər

46 yaşlı kişidən ƏSRİN CİNAYƏTİ: arvadını, 3 uşağı və nəvəsini... – TƏFƏRRÜAT

Hadisə | 09:35 • 30 Aprel 2019
46 yaşlı kişidən ƏSRİN CİNAYƏTİ:

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının istintaq komitəsi ötən ilin dekabrında respublika ərazisində bir quyuda tapılan 5 nəfərin ölüm səbəbini müəyyən edib.

Ekspertiza ailə üzvlərinin hələ 2018-ci ilin dekabrında həlak olduğunu müəyyənləşdirib.

Məhkəmə tibbi ekspertizasının hesabatına əsasən, mexaniki asfiksiya (asfiksiya kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır. Bu zaman orqanizmə oksigen daxil olmur və karbon qazı xarici mühitə verilmir –red.) iki qadın və üç uşağın ölüm səbəbi olub.

Xatırladaq ki, qətldə ailənin 46 yaşlı atasından şübhələnirlər. İstintaqın versiyasına görə, o özünün 39 yaşlı arvadını, 2 və 6 yaşlarında olan doğma uşaqlarını, 22 yaşlı ögey qızını və onun 9 aylıq uşağını boğaraq öldürüb.

Cinayət haqqında uzun müddət heç kim bilməyib. Onların axtarışı yalnız gənc ananın itməsi haqqında şikayətdən sonra başlanıb. Şikayət onun rəfiqəsi tərəfindən edilib./publika.az

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
321 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024