Xəzər Xəbər

Corablarını qurutmaq üçün qazana qoyub, yatdı - Bakıda yanğın təşvişi

Hadisə | 13:24 • 29 Aprel 2019
Corablarını qurutmaq üçün qazana qoyub, yatdı - Bakıda yanğın təşvişi

Bakıda mənzilin tüstüləməsi qonşuları təşvişə salıb.

ONA-nın xəbərinə görə, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Qonşular yanan mənzilin sahibinin evdə olduğunu bildiriblər. Dərhal xilasetmə əməliyyatına başlanılıb. Tüstülənmə müşahidə olunan evin sahibi çağırışlara cavab vermədiyindən mənzilin qapısı xüsusi alətlərlə açılıb.

Yanğının kəşfiyyatı zamanı evdə aşkar edilən bir nəfər mənzildən çıxarılan zaman ayılıb.

Qapının sındırılması və ətrafdakı səs-küy də onu yuxudan oyatmayıb. Məlum olub ki, ev sahibi tüstüdən zəhərlənməyib, sadəcə dərin yuxuya getdiyindən evin yanmasından xəbərsiz olub.

Mənzildən çıxarılan şəxs xilas edildiyinə görə təşəkkür etmək əvəzinə, mənzilinin qapısının sındırılmasını əsas gətirərək, hər kəsi məhkəmə ilə hədələyib.

Baş vermiş yanğının səbəbinə gəlincə, məlum olub ki, ev sahibi yuduğu corabları qurutmaq üçünqazana, qazanı da qızdırıcının üstünə qoyub. Özü isə bu vaxt yuxuya gedib. Qızdırıcının üstündə qalan corablar sonradan yanaraq güclü tüstülənməyə səbəb olub.

Baş vermiş hadisə ilə bağlı ev sahibinin izahatı alınıb. Onun 1969-cu il təvəllüdlü İmanov Nəriman İsa oğlu olduğu, həmin mənzildə isə kirayədə yaşadığı müəyyənləşib. Hadisə vaxtı isə o, sərxoş vəziyyətdə olub.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
299 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024