Xəzər Xəbər

Azərbaycanda bağça müdirinin ölümü ilə bağlı cinayət işi başlanıb

Hadisə | 10:32 • 26 Aprel 2019
Azərbaycanda bağça müdirinin ölümü ilə bağlı cinayət işi başlanıb

Ağcabədidə bağça müdirinin ölümü ilə bağlı cinayət işi başlanıb.


Ağcabədi rayonu, Kəbirli kənd sakini, 1968-ci il təvəllüdlü Sevil Saleh qızı Məmmədovanın yaşadığı evin hamamında dəm qazından boğularaq ölməsi faktı ilə bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.


Araşdırmalar zamanı müəyyən edilib ki, hamam otağında quraşdırılmış qazla işləyən su qızdırıcısının tüstü borusunda quşlar yuva qurub, bunun nəticəsində dəm qazı içəri sızıb.

Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Qeyd edək ki, dəm qazından boğularaq ölən S.Məmmədova Kəbirli kənd uşaq bağçasının müdiri olub. (ONA)

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
300 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024