Xəzər Xəbər

Astarada torpaq sürüşməsi aktivləşdi

Hadisə | 18:19 • 25 Aprel 2019
Astarada torpaq sürüşməsi aktivləşdi

Astara rayonunda torpaq sürüşmələri aktivləşib.

XəzərXəbər xəbər verir ki, yağan leysan xarakterli yağışlar torpaq qatının yumşalmasına səbəb olur ki, bu da tez-tez sürüşmə halları yaradır.

Rayonun Pensər kəndində sürüşmə nəticəsində vətəndaşlara məxsus torpaqlar dağılır və Pensər çayına tökülür. Kənddəki xəstəxanaya aid olan torpaqlarda sürüşmənin qarşısını almaq üçün işlər görülsə də, bu mümkün olmayıb.

Çay kənarında sahilbərkitmə işləri aparılsa da, sürüşmə nəticəsində beton pilitələr yerindən çıxıb. Vəziyyət belə davam edərsə, kənd yolu üçün ciddi problemlər yarana bilər.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
305 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024