Xəzər Xəbər

Ziya Bünyadov prospektində dəhşətli qəza – ÖLƏN VAR

Hadisə | 09:39 • 19 Aprel 2019
Ziya Bünyadov prospektində dəhşətli qəza

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində "Toyota” markalı, 99 GR 374 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən piyadanı vurub.

Ağır xəsarət alan 63 yaşlı qadın hadisə yerində vəfat edib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti