Bakıda dayanacaqdan avtomobil oğurlayan gözətçi saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Səmədov aprelin 7-də Ə.Əliyev küçəsində yerləşən dayanacaqdan "Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin dayanacaqda gözətçi işləyən paytaxt sakini M.Məmmədov polis əməkdaşları tərəfindən Suraxanı rayon ərazisində avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.