Xəzər Xəbər

Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl oğurlayıb

Hadisə | 13:49 • 8 Aprel 2019
Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl oğurlayıb

Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.


Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar