Xəzər Xəbər

Gömrükçülər mobil telefonlar, aksesuarları və kosmetik vasitələr aşkarladı

Hadisə | 15:50 • 6 Aprel 2019
Gömrükçülər mobil telefonlar, aksesuarları və kosmetik vasitələr aşkarladı

Gömrükçülər mobil telefonlar, aksesuarları və kosmetik vasitələr aşkar ediblər.

XəzərXəbər-ə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21074" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin tavan hissəsində olan boşluqdan 3 ədəd "Samsung Galaxy A30" markalı mobil telefon, cihaz panelində olan boşluqdan isə bir ədəd "Xiaomi Mi8 lite" markalı mobil telefon, 3 ədəd "Samsung" markalı USB kabel, 2 ədəd "Samsung" markalı "qulaqlıq", 3 ədəd "Samsung" markalı qidalandırıcı başlığı, bir ədəd "Samsung Galaxy A30" markalı mobil telefon üçün qutu və 2 ədəd 2 millilitrlik şprislərdə "Profhilo" adlı inyeksion kosmetik vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
304 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024