Xəzər Xəbər

Samux sakini evində yanaraq ölüb

Hadisə | 09:12 • 2 Aprel 2019
Samux sakini evində yanaraq ölüb
Samux rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 33 m² sahədə yanıb.


XəzərXəbər FHN-in saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti