Xəzər Xəbər

Bakıda 50 kişini aldadan qadın tutuldu Hər birindən 20 manat alıb...

Hadisə | 15:19 • 4 Mart 2019
Bakıda 50 kişini aldadan qadın tutuldu

Bakıda kişiləri aldadan qadın saxlanılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a məlumat verilib. Verilən məlumata görə, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov cari il fevral ayının 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alınmasını bildirib.


Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanılmış və o, törətdiyi əməli etiraf edib.


Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılmışdır. Belə ki, S.Panəliyevanın işə düzəltmək adı ilə 50-yə yaxın vətəndaşı aldadaraq hər birindən 20 manat pul alması müəyyən edilib.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
298 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024