Xəzər Xəbər

Atasının yası üçün rayona gedən ana və 5 yaşlı qızı öldü DƏHŞƏTLİ TƏFƏRRÜAT

Hadisə | 14:15 • 4 Mart 2019
Atasının yası üçün rayona gedən ana və 5 yaşlı qızı öldü

Ucar rayonunda ana və 5 yaşlı qızının ölümü ilə nəticələnən dəhşətli hadisə barədə bəzi məqamlar üzə çıxıb.

Publika.az-ınəldə etdiyi məlumata görə, Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndinin ərazisindən keçən hissəsində "Hyundai Accent” markalı, 99 LR 711 dövlət qeydiyyat nişanlı avtomobilin vurub öldürdüyü 1988-ci il təvəllüdlü Aynur İsgəndərova körpə qızı ilə birgə Bakıdan kəndə gəlirmiş.

Belə ki, keçən ilin 3 mart tarixində A.İsgəndərovanın atası Ramiz kişi vəfat edib. Dünən günorta saatlarında o, qızı Ayşənlə birgə atasının vəfatının ildönümü mərasimində iştirak etmək üçün Bakıdan rayona yola düşüb. Küçəkənd kəndində səfərə çıxdığı nəqliyyat vasitəsindən düşərək ata evinə getmək üçün yolun əks tərəfinə keçmək istəyib. Bu zaman Bərdə rayonundan olan 1984-cü il təvəllüdlü sürücü Cavadov Rəşad Rəhim oğlu idarə etdiyi avtomobillə ana və qızını vurub. Onların ikisi də hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
302 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024