Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Hadisə | 14:09 • 16 Fevral 2019
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 27 cinayətin üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında üç yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti