Xəzər Xəbər

Hakim bacısının sevgilisini döyə-döyə öldürdü – Xırdalanda dəhşət

Hadisə | 13:28 • 5 Fevral 2019
Hakim bacısının sevgilisini döyə-döyə öldürdü

Xırdalan şəhərində bacısının sevgilisini öldürməkdə təqsirləndirilən Ələkbər Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses fevralın 14-nə təyin edilib.

İttihama görə, ötən il iyun 28-də Xırdalan şəhərində Pərviz Həbibovun evində meyiti tapılıb. İlkin məlumatda onun infarktdan öldüyü qeyd olunub.

Abşeron rayon Prokurorluğunda aparılan araşdırmalar zamanı Pərviz Həbibovun həmin il iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini Nazilə Ağakişiyevanın qardaşı Ələkbər Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.

İstintaq orqanı tərəfindən Ələkbər Ağakişiyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Ələkbər Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimi vəzifəsində çalışıb.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
302 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024