Xəzər Xəbər

1 ailədən 4 nəfərin öldüyü hadisə ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

Hadisə | 15:19 • 28 Yanvar 2019
1 ailədən 4 nəfərin öldüyü hadisə ilə bağlı

Bakı şəhərinin Suraxanı rayonunun Ramana qəsəbəsində yerləşən evdə ana və 3 körpə övladının dəm qazından zəhərlənərək ölməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.

XəzərXəbər xəbər verir ki, Neftçala rayon Xolqaraqaşlı kənd sakinləri 26 yaşlı Elmira Əsgərova ilə övladları – 5 yaşlı Əli, 3 yaşlı Fatimə və 1 yaş 6 aylıq yaşlı Zeynəbin dəm qazından zəhərlənərək vəfat etdiyi hadisəyə görə Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Suraxanı rayon Prokurorluğunda açılmış cinayət işi ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ailə başçısı Əsədulla Əsgərov Bakıda şirkətlərdən birində mühafizəçi işləyib. O, yanvarın 25-də gecə növbəsində işdə olub və səhər saatlarında evə gələndə həyat yoldaşı ilə 3 körpə övladının dəm qazından boğularaq öldüyünü görüb.

Dəhşətli hadisədə ölən ana və körpələrinin fotolarını təqdim edirik. Vəfat edən ana və övladları Xolqaraqaşlı kənində yanaşı dəfn edilib.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
317 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024