Xəzər Xəbər

Bakı metrosunda cibgirlik edənlər yaxalandı - FOTO

Hadisə | 11:48 • 19 Dekabr 2018
Bakı metrosunda cibgirlik edənlər yaxalandı -

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında və qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Dekabrın 18-də saat 9 radələrində Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın "28 May” stansiyasının platformasında cibindən "İphone 5S” markalı mobil telefonunun oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və o, "20 Yanvar” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Zəngilan rayon sakini, əvvəllər də oğurluq və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Xəqani Cavadov olduğu müəyyən edilib.

Abşeron rayon sakini olan qadının "Samsung” markalı mobil telefonunun metronun "Nizami” stansiyasında oğurlanması barədə daxil olmuş digər müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rafiq Allahverdiyev polis əməkdaşları tərəfindən metronun "28 May” stansiyasının yaxınlığına saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar