Xəzər Xəbər

Kafedə yeyib-içdi, iş yoldaşını qətlə yetirdi - Məhkəmə işi

Hadisə | 11:44 • 10 Dekabr 2018
Kafedə yeyib-içdi, iş yoldaşını qətlə yetirdi - Məhkəmə işi

Birgə yeyib-içdiyi iş yoldaşını öldürdü

Kafedə yeyib-içdikdən sonra iş yoldaşını qətlə yetirən Samux rayon sakininin məhkəməsi başlayıb.

Rəşad Əlyar oğlu Məhərrəmovun məhkəmə prosesinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov sədrlik edəcək.

Hadisə bu il iyun ayının 15-də Samux rayonunun Ağasıbəyli kəndində qeydə alınıb. Kənddə yerləşən qazpaylayıcı stansiyada nəzarətçi işləyən, 1988-ci il təvəllüdlü Rəşad Əlyar oğlu Məhərrəmov, iş yoldaşı, 1966-cı il təvəllüdlü Əhmədov İntiqam İmamverdi oğlu ilə birgə kafedə yemək yeyəndən sonra onu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
302 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024