Xəzər Xəbər

Qulaqcıqla yatan oğlanı cərəyan vurdu, öldü

Hadisə | 16:03 • 8 Dekabr 2018
Qulaqcıqla yatan oğlanı cərəyan vurdu, öldü

Qulaqcıqla yatan oğlanı cərəyan vurub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, cərəyan mənbəyinə qoşulu vəziyyətdə olan telefona taxılmış qulaqcıqla yatan 16 yaşlı oğlanı "tok” vurub.

Hadisə Malaziyada, Neqeri Sembilan ştatında, Rembau rayonunda baş verib. Qulağında qulaqcıqla yatıb qalan 16 yaşlı Məhəmməd Adil Əzzəhər Zaharin ölüb.

Məhəmmədin 51 yaşlı anası səhəri gün oğlunun ayılmadığını və qulağında qan izi gördükdə təcili tibbi yardım çağırıb. Evə gələn həkimlər bildirib ki, Məhəmməd cərəyan vurması nəticəsində dünyasını dəyişib.

Oğlanın şəklini sosial şəbəkələrdə yayanlar istifadəçiləri qulaqcıqdan istifadə zamanı diqqətli olmağa çağırıblar.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
307 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024