Xəzər Xəbər

Oğru “iş başında” ələ keçdi

Hadisə | 14:23 • 3 Dekabr 2018
Oğru “iş başında” ələ keçdi

Oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.

DİN mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 1-də Ağsu şəhəri ərazisində əhalinin su ilə təchiz edən xəttə quraşdırılmış avadanlığın alüminiumdan olan hissələrini çəkiclə sındırıb oğurlamağa cəhd göstərən şəxs Kürdəmir Rayonlararası Mühafizə Bölüyünün əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Ağsu RPŞ-yə təhvil verilən şəxsin Ağsu şəhər sakini Mahir Məmmədov olduğu müəyyən edilib.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti