Xəzər Xəbər

Bakıda aptek və mağazalardan silsilə oğurluqlar edən şəxs saxlanılıb - FOTO

Hadisə | 16:48 • 28 Noyabr 2018
Bakıda aptek və mağazalardan silsilə oğurluqlar edən şəxs saxlanılıb -

Xətai Rayon Polis İdarəsinə Zığ Yolu küçəsində yerləşən apteklərdən birinin qapısının naməlum şəxs tərəfindən sındırılaraq içəridəki kassadan 1200 manatın oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, idarə əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib obyekt sahibinin izahatı alınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Abdulrəhman Dadaşov qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun paytaxtın digər rayonlarında yerləşən apteklərdən və mağazalardan da silsilə oğurluqlar etdiyi məlum olub.

Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
218 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti